Bu BÜRCLƏR üçün möhtəşəm dövr başlayır - Cəmi 1 gün sonra!
12 Dekabr 2025, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1281
23.01.2025, 13:19
Gənc və ya artıq yaşlı olmanızdan asılı olmayaraq bu dünyada bilmədikləriniz var və olacaq.
Sadəcə hər şeyi bilmək mümkün deyil.
AdMe.ru mövcud dünya haqqında təsəvvürlərinizi dəyişdirə biləcək faktları sizə təqdim edir:
1. Yer kürəsinin əhalisinin yarısı qarı yalnız şəkillərdə görüblər.
2. Eyfel qülləsini hər 7 ildən bir rəngləyirlər.
3. Çində müəllimlər uşaqlara sinifdə 20 dəqiqə ərzində yatmağa icazə verirlər ki, onlar yaxşı oxusunlar.
4. Osakada (Yaponiya) ofis binalarından keçən yol mövcuddur.
5. Beş nəfərdən ikisi ilk məhəbbətləri ilə evlənirlər.
6. Mütəmadi olaraq 21 gün hansısa bir qaydaya əməl etsəniz bunun sizin üçün vərdişə çevriləcəyi elmi cəhətdən sübut edilib. Sadəcə 21 gün dözmək lazımdır, sonra asan olacaq.
7. Reyyavikdə qızdırıcısı olan trotuarlar çəkirlər ki, qışda yağış və ya qar yağarkən donub buz bağlamasın.
8. Aktrisa Şirli Henderson “Harri Poter” filmində 13 yaşlı ağlağan məktəbli qız “Mirtl” rolunu oynayıb. Çəkiliş zamanı onun 40-a yaxın yaşı olub.
9. Çarli Çaplin bənzərləri müsabiqəsində Çaplinin özü üçüncü yeri tutub.
10. Koala gün ərzində 18 saatdan 22 saata qədər yatır.
11. Pluton planeti Rusiyadan kiçikdir.
Həmçinin oxuyun
12. Dələlər də pişiklər kimi miyoldayırlar.
13. Kupik Rubik dünyada ən çox alınan əşyadır. İkinci yerdə isə iPhone-dur.
14. 1-3 aylıq uşaqlar göz yaşı olmadan ağlayırlar.
15. Göydə olan ulduzların sayı, yerdə olan qum dənəciklərinin sayından çoxdur.
16. Kolibri geriyə uça bilən yeganə quşdur.
17. Con Rokfeller 100 min pul qazanmaq və 100 yaşa çatmağı arzulayırdı. 192 milyon dollar qazanan Rokfeller 97 yaşında öldü. Xəyalların hamısı gerçək olmur.
18. Tokio zooparkı heyvanların insanlardan dincəlmələri üçün ildə iki ay bağlanır.
19. Rusiya ilə Amerikanı cəmi 4 km məsafə ayırır.
20. Uşaqlar gündə orta hesabla 400 dəfə, böyüklər isə 15 dəfə gülümsəyirlər.
21. Okeanda ən səs-küylü varlıq xırda dəniz xərçəngləri krevetlərdir.
22. Telefonun ixtiraçısı Aleksandr Qreyam Bell bir dəfə də olsun anasına və arvadına zəng etməyib: onların hər ikisi eşitmə qüsurlu olub.
23. Livermorda 110 ildən çox yanan elektrik lampası var.
24. Moskvada bir mənzildən ucuz olan qəsrlər var.
25. Astronavtların dəbilqələrində istənilən an burun qaşımaq üçün xüsusi vasitə var.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.